20 Şubat 2012 Pazartesi

ATAMA DEMEDIYIM SÖZLERİM

Atama heç vaxt demədiyim arzularım!

Sözsüz, atam yaşlıdır 5, ya da 10 ilə, - fərq etməz, haçansa doğulan bir gün də həyata əlvida söyləyir, - dünyasını dəyişən zaman, yəni müsəlman olaraq məzara qoyulanda - Yasin oxunanda, pıçıldayacağam bunları.

Ki, o dünyada (əlbəttə, əgər varsa, hələliksə mən də başqaları kimi özümü romantik yalanla aldadım) indi sizinlə bölüşəcəyim arzuları heç olmasa gerçəkləşdirsin...

Axı o aləmdə də uşaqlıq, yeniyetməlik, gənclik, cavanlıq və qocalığımız olacaq da, zamanı susduran deyil ki, Yaradan...

Ata, ataca, mən hələ uşaq olanda sənə demək istəyirdim hər dəfə (amma bilirdim ki, sənin imkanların dardır, məndən başqa da övlad böyüdür, qohum-əqrabaya, qonşulara əl tuturdun - elin tanınmışı olmaq nə pis... Və o adəti indi mən yaşadaraq, hamını bəzəyən, özüm lüt gəzən iynəyə bənzəyirəm...):

* Mən də bütün uşaqlar kimi çox şey istəyirdim, atacan, heç olmasa indi uşaq arzularımı açım sənin üçün...

* Lap körpəlikdə çoxlu şokalad istəyirdim, sonra velosiped sürmək, göyərçin uçurtmaq, it saxlamaq, yeni kitablar almaq keçirdi ürəyimdən...

* ...Keçirdi nədir e, lap ürəyimi kəsirdi...

* Fəqət bu arzularımı dilimə gətirəmmirdim, bilirdim ki, sən onsuz da yerinə yetirməyəcəksən, ya da imkanın olmayacaq...

* Uşağın gözündə atanın sınması mənə dəhşətli gəlirdi: səni indiyəcən də həzm edə bilməsəm də, çox sevirdim...

* İstəyirdim dostum olasan, mənə gecələr nağıllar danışasan, gündüzlər kitab oxuyasan, axşamlar kinoya aparasan...

* Təzə paltar və ayaqqabı istəyi isə indi də içimi göynədir...

* Amma bütün bunlar bir yana, mənə çox vaxt ayırmağını istəyirdim, atacan, bilsəydin sənsiz necə mənə çətin və ruhuma soyuq idi...

* İndi bunları yazıram və gözümdəki yaş nəmli xatirələr kimi ruhumu silkələyir...

* Ata, atacan, sən niyə mənə az sevgi verdin, axı onda mənim buna çox böyük ehtiyacım vardı, axı mən səni sevridm...

* Ata sevgisindən böyük sevinc və xoşbəxtlikmi olacaq?..